"Mançester Siti" "Arsenal"a qalib gələrək liderliyə yüksəlib

16-02-2023, 11:44           
"Mançester Siti" "Arsenal"a qalib gələrək liderliyə yüksəlib
Futbol üzrə İngiltərə Premyer Liqasında XII turdan təxirə salınmış oyun keçirilib.

"Report"un məlumatına görə, liderlik uğrunda matçda "Arsenal" və "Mançester Siti" komandaları üz-üzə gəliblər. Londondakı "Emireyts" stadionunda baş tutan qarşılaşma qonaqların 3:1 hesablı qələbəsi ilə başa çatıb.
Ətraflı

Görüşdə ilk qolu "şəhərlilər" vurublar. Kevin De Brüyne 24-cü dəqiqədə komandasını hesabda önə keçirib. 42-ci dəqiqədə penaltini dəqiq yerinə yetirən meydan sahiblərinin yarımmüdafiəçisi Bukayo Saka tarazlığı bərpa edib. 72-ci dəqiqədə Cek Qriliş "Mançester Siti"nin 2-ci qolunu vurub. Son nöqtəni isə 82-ci dəqiqədə Erlinq Holann qoyub.

Bu qələbə ilə xallarını 51-ə çatdıran "Mançester Siti" turnir cədvəlində ilk pilləyə yüksəlib. Eyni xala malik və rəqibindən bir oyun az keçirən "Arsenal" isə 2-ci sıraya enib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru