“Gent”in Bakıdakı oyun üçün iştirak ərizəsi bəlli olub - FOTO

16-02-2023, 12:14           
“Gent”in Bakıdakı oyun üçün iştirak ərizəsi bəlli olub - FOTO
Belçika “Gent”inin Bakıda “Qarabağ” qarşı keçirəcəyi UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyunu üçün iştirak ərizəsi açıqlanıb.

Oxu.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, baş məşqçi Heyn Vanhazebrukun sərəncamında 19 futbolçu olacaq.

Onlardan 3-ü qapıçı, 5-i müdafiəçi, 6-sı yarımmüdafiəçi, 5-i isə hücumçudur.

Qapıçılar: 1.Pol Nardi (Fransa), 33.Deyvi Rof, 26. Luis Fortin

Müdafiəçilər: 2.Cozef Okumu (Keniya), 5.Mişel Nqadye-Nqacui (Kamerun), 23.Cordan Torunariqa (Almaniya), 25.Nurio Fortuna (Portuqaliya), 31.Bruno Qodo

Yarımmüdafiəçilər: 7.Xönseok Xon (Cənubi Koreya), 13.Jülyen De Sart, 14. Alessio Kastro-Montes, 17.Endryü Hülsager (Danimarka), 22.Seleyman Marre (Qambiya), 24.Sven Kums

Hücumçular: 10.Yens Petter Hauge (Norveç), 11.Uqo Kuypers, 19.Malik Fofana, 20. Gift Orban, 29.Loran Depuatr

Qeyd edək ki, bu gün Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Gent” oyunu saat 21:45-də başlayacaq. Cavab matçı fevralın 23-də Gentdə olacaq.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru