İbrahimoviç oğlu ilə “Milan”ın gənclər komandasında oynadı – FOTO/VİDEO

16-02-2023, 12:38           
İbrahimoviç oğlu ilə “Milan”ın gənclər komandasında oynadı – FOTO/VİDEO
Zlatan İbrahimoviç oğlu ilə birlikdə “Milan”ın gənclər komandasında çıxış edib.

Hücumçu dizindən aldığı ağır zədə səbəbindən 2022-ci ilin may ayından bu yana yaşıl meydanlara çıxmayıb.

Fevralın əvvəlində o, komanda yoldaşları ilə məşqlərə qayıdıb.

41 yaşlı isveçli bu gün “Milan” U18 komandası ilə məşq keçirib. 16 yaşlı oğlu Maksimilianla birlikdə Zlatan məşq matçında hücumda oynayıb.

Onların rəqibləri Çempionlar Liqasının 1/8 finalında dünən “Tottenhem”lə qarşılaşan əsas komandanın futbolçuları olub. Komandalar 25 dəqiqəlik üç hissə oynayıblar.

“Twitter”də Zlatan oğlu ilə oyundan video yayımlayıb və kadrları bir sözlə şərh edib: “DNT”.

Qeyd edək ki, Maksimilian İbrahimoviç ötən yay İsveçin “Hammarbi” klubundan “Milan”a keçib.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru