Bu, aşkarlansa, “Barselona” 5 ilədək liqadan kənarlaşdırıla bilər
17-02-2023, 11:54
Barselona 5 ilə qədər liqadan kənarlaşdırıla bilər.
İspaniya Futbol Federasiyası, Hakimlər Texniki Şurasının keçmiş vitse-prezidenti Xose Mariya Enrikes Neqreyranın özünə aid şirkətə pul ödəməsi ilə bağlı "Barselona"ya qarşı araşdırma başladıb.
Demokrat.az xəbər verir ki, İspaniya Futbol Federasiyasından açıqlamasında "Barselona"nın 2016-2018-ci illər arasında bu şirkətə ödəniş etdiyinə dair iddialarla bağlı bütün sənədlərin şirkətin vergi bəyannamələri ilə bağlı araşdırma çərçivəsində tələb edildiyi bildirilib.
Neqreyra da daxil olmaqla, Hakimlər Texniki Şurasının bütün üzvlərinin Luis Rubialesin prezident seçilməsindən sonra 17 may 2018-ci il tarixindən sonra yeniləndiyini bildirib. Qurumun tərkibindəki bütün işçilərin hər cür şəraiti bəyan etməyə borclu olduğuna zəmanət verən sənədi imzaladıqlarını açıqlayıb.
Beləliklə, “Barselona”nın hakimlərə qazanc üçün pul ödədiyi aşkar olunarsa, cərimə ilə yanaşı, 5 ilə qədər liqadan kənarlaşdırıla bilər.