UEFA Avropa Liqası: “Monako” səfərdə, “Sevilya” evində üç qolla qalib gəldi - YENİLƏNİB + VİDEO

17-02-2023, 11:48           
UEFA Avropa Liqası: “Monako” səfərdə, “Sevilya” evində üç qolla qalib gəldi - YENİLƏNİB + VİDEO
UEFA Avropa Liqasında pley-off mərhələsində daha 4 oyun keçirilib.

Bununla da ilk matçlara yekun vurulub.

“Monako” Almaniyada “Bayer”i 3:2 hesabı ilə məğlub edib.

“Yuventus” İtaliyada Fransa “Nant”ının müqavimətini qıra bilməyib - 1:1.


“Sevilya” evində Niderland PSV-sini 3 cavabsız qolla üstələyib.


Danimarka “Midtyüllan”ı isə Portuqaliyada “Sportinq”lə sülhə razılaşıb - 1:1.

00:46

UEFA Avropa Liqasının pley-off mərhələsində 4 qarşılaşma yekunlaşıb.

Niderlandda keçirilən qarşılaşmada “Ayaks” evində “Yunion Berlin”lə qolsuz heç-heçə edib.

Turun əsas qarşılaşmasında “Barselona” evində “Mançester Yunayted”lə münasibətlərə aydınlıq gətirib.

Oyunun ilk hissəsində qapılara qol vurulmasa da, ikinci hissə məhsuldar alınıb. 50-ci dəqiqədə M.Alonsonun qoluna qonaqlar üç dəqiqə sonra M.Reşfordla cavab veriblər. 59-cu dəqiqədə J.Kunde topu öz qapısına vurmaqla qonaqları hesabda önə çıxarıb. 76-cı dəqiqədə isə Rafinya hesabı 2:2 edib.


“Zaltsburq” – “Roma” oyununda isə sevinən tərəf meydan sahibləri olub. Qarşılaşmanın 88-ci dəqiqəsində “Zaltsburq”un heyətində N.Kapaldo oyundakı yeganə qolu vurub.


Bosniya və Hersoqovinada keçirilən oyunda “Şaxtyor” Fransa təmsilçisi “Renn”ə qalib gəlib. Oyunda hesab 11-ci dəqiqədə açılıb. Ukrayna təmsilçisinin heyətində D.Kriskiv fərqlənib. Qarşılaşmanın ilk hissəsinə əlavə edilmiş birinci dəqiqədə A.Bondarenko penalti zərbəsini dəqiq yerinə yetirməklə hesabı artırıb.

Qonaqlar 59-cu dəqiqədə K.Ekambi ilə bu qola cavab versələr də, bundan artığına gücləri çatmayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru