Rusiyalı tennisçi Cokoviçə qalib gəldi

4-03-2023, 12:37           
Rusiyalı tennisçi Cokoviçə qalib gəldi
Dubayda keçirilən ATP 500 turnirinin yarımfinalında rusiyalı Daniil Medvedev dünya reytinqində ilk sırada qərarlaşan serb Novak Cokoviçə qalib gəlib.

Görüş iki setdə eyni hesabla - 6:4, 6:4 - Medvedevin xeyrinə başa çatıb. Tennisçilər kortda 1 saat 35 dəqiqə vaxt keçiriblər.

Rusiyalı finalda həmyerlisi Andrey Rublyovla qarşılaşacaq. Medvedev və Rublyov 14 il ərzində Peşəkar Tennis Assosiasiyası turnirinin finalında qarşılaşan ilk rusiyalılar olacaqlar.

Qeyd edək ki, turnirin mükafat fondu 2,8 milyon dollardan çoxdur.

Mənbə: mk.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru