Hakimi rəsmi olaraq təcavüzdə ittiham olundu

4-03-2023, 11:25           
Hakimi rəsmi olaraq təcavüzdə ittiham olundu
PSJ-nin müdafiəçisi Əşrəf Hakimi rəsmi şəkildə zorlamada ittiham olunub.

Məlumata görə, futbolçuya qarşı 24 yaşlı qadını zorlaması ilə bağlı rəsmi ittiham irəli sürülüb.

Cümə axşamı Hakimi dindirilib. Bundan sonra hakim ona qarşı ittihamı elan edib və iş məhkəmə nəzarətinə verilib.

Bildirilir ki, qadın futbolçunun evinə onun çağırdığı taksi ilə gəlib. Burada vəziyyət nəzarətdən çıxıb və Hakimi etirazlara baxmayaraq, qonağa cinsi təcavüz edib.

Mənbə: sports.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru