“Qalatasaray” Messinin formasını hərraca çıxaracaq

5-03-2023, 08:26           
“Qalatasaray” Messinin formasını hərraca çıxaracaq
Türkiyənin gənclər və idman naziri Mehmet Muharrem Kasapoğlu “Qalatasaray” klubunu ziyarət edib.
Pressklub.az xəbər verir ki, İstanbul təmsilçisinin prezidenti Dursun Özbeklə görüşən nazir Lionel Messinin ona hədiyyə etdiyi imzalı formanı zəlzələdən əziyyət çəkən insanlara yardım üçün keçiriləcək hərraca çıxarılması üçün kluba bağışlayıb.

“Kampaniyaya dəstək verən bütün xalqımızı təbrik edir, hamısına təşəkkürümü bildirirəm. Mən də bu işə Messinin imzalı forması ilə qatılıram”, – deyə o “Qalatasaray”ın televiziyasına bildirib.

“Qalatasaray” Messinin imzalı formasını hərraca çıxaracaq və əldə olunacaq gəlir zəlzələdən əziyyət çəkənlərə bağışlanacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru