“Fənərbağça” “Kayserispor”u məğlub etdi

5-03-2023, 09:41           
“Fənərbağça” “Kayserispor”u məğlub etdi
Türkiyə Super Liqasında XXIV turun oyunları keçirilir.

Çempionluq uğrunda mübarizə aparan “Fənərbağça” “Kayserispor”un qonağı olub. Matç İstanbul təmsilçisinin qələbəsi ilə başa çatıb - 2:1.

“Bülbüllər”in qollarını Enner Valensiya və Fedri Kadıoğlu vurub. Ev sahibinin təsəlli qoluna son saniyələrdə Arif Kocaman imza atıb.

Bu oyun Enner Valensiya üçün yubileylə əlamətdar olub. 23 qolla Super Liqanın bombardiri olan forvard “Fənərbağça”nın heyətində 100-cü oyununa çıxıb.

Qələbə sayəsində xallarını 53-ə çatdıran “Fənərbağça” lider “Qalatasaray”la fərqi 3-ə endirib. “Sarı-qırmızı”lar bir oyun az keçirib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.