Karavayev: “Rusiya hərbçiləri Xersonda Ukrayna futbolçusunun valideynlərini qaçırmaq istəyiblər”

5-03-2023, 09:43           
Karavayev: “Rusiya hərbçiləri Xersonda Ukrayna futbolçusunun valideynlərini qaçırmaq istəyiblər”
“Xersonun işğalı zamanı Rusiya hərbçiləri İtaliyanın “Speziya” komandasının və Ukrayna millisinin yarımmüdafiəçisi Viktor Kovalenkonun ailəsini qaçırmaq istəyiblər”.

Bu barədə “Dinamo”nun müdafiəçisi Aleksandr Karavayev bildirib.

Karavayev müharibə zamanı Ukrayna futbolundan bəhs edən filmdə bu barədə danışıb.

“Elə bir hal olub ki, işğalçılar Kovalenkonun yaşadığı həyətə gəliblər. Qonşulardan Kovalenkonun ailəsinin harada yaşadığını soruşublar. Belə başa düşürəm ki, onları qaçırıb fidyə tələb etmək istəyiblər”, - deyə Karavayev qeyd edib.

Xatırladaq ki, Xerson ötən ilin martında Rusiya Federasiyasının Ukraynaya qarşı genişmiqyaslı müharibəsinin lap əvvəlində rusiyalılar tərəfindən işğal edilib. Noyabrın 11-də Ukrayna Silahlı Qüvvələri Xersonu Rusiya işğalından azad etməyə müvəffəq olublar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru