Suares: “Neymar “Barselona”da qalsaydı, “Qızıl top”u qazanardı”

5-03-2023, 10:47           
Suares: “Neymar “Barselona”da qalsaydı, “Qızıl top”u qazanardı”
Braziliyanın “Qremio” klubunda çıxış edən Luis Suares PSJ-nin hücumçusu Neymarın “Qızıl top”u qazana bilməməsinin səbəbini açıqlayıb.

Uruqvaylı forvard bunu braziliyalının “Barselona”nı tərk etməsi ilə əlaqələndirib.

“Mən və Messi onu “Barselona”da qalması üçün razı salmışdıq. Bizimlə hər şeyi qazanacaqdı. Amma vəziyyət nəzarətdən çıxmışdı. Bütün məsuliyyəti dərk edərək deyə bilərəm ki, Neymar “Barselona”da qalsaydı, “Qızıl top”u qazanardı. Bu, şəxsi fikrimdir”, - “Placar” Suaresdən sitat gətirib.

Neymar 2017-ci ilin yayında 222 milyon avro qarşılığında “Barselona”dan PSJ-yə keçərək tarixin ən bahalı oyunçusu olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru