“İnter”dən qələbə, “Yuventus” “Roma”ya uduzdu - VİDEO

6-03-2023, 11:48           
“İnter”dən qələbə, “Yuventus” “Roma”ya uduzdu - VİDEO
İtaliya A Seriyasında XXV turun oyunları keçirilir.

Oxu.Az xəbər verir ki, “İnter” öz meydanında “Leççe”yə qalib gəlib – 2:0.

Milanlıların qollarını Henrix Mxitaryan və Lautaro Martines vurub.

Qələbə sayəsində xalını 50-yə çatdıran “İnter” “Latsio”nu geridə qoyaraq, 2-ci pilləyə yüksəlib. “Nerazzuri” lider “Napoli”dən 15 xal geri qalır.

Turun mərkəzi oyununda “Yuventus” və “Roma” ikincilərin meydanında üz-üzə gəlib. “Stadio Olimpiko”da keçirilən matç paytaxt klubunun minimal hesablı qələbəsi ilə başa çatıb – 1:0.


"Canavarlar"a qələbə qazandıran qolu 53-cü dəqiqədə Canluka Mançini vurub.

"Roma" 47 xalla 4-cü, "Yuventus" 47 xalla 8-cidir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru