“Barselona”ya qarşı korrupsiya ittihamı irəli sürüləcək

8-03-2023, 10:02           
“Barselona”ya qarşı korrupsiya ittihamı irəli sürüləcək
İspaniya prokurorları Kral Futbol Federasiyasının Hakimlər Texniki Komitəsinin keçmiş sədr müavini Xose Mariya Enrikes Neqreyra tərəfindən ödənişlərin alınması ilə bağlı ittiham aktını yekunlaşdırıb.

Məlumata görə, bu halda prokurorluq hüquqi şəxs kimi “Barselona” futbol klubuna qarşı korrupsiya ittihamı irəli sürəcək.

Klubun sabiq prezidenti Xosep Bartomeu və Enrikes Neqreyra haqqında da şikayət veriləcək.

Müstəntiqlərə görə, 2001-2018-ci illər arasında Enrikes Neqreyra “Barselona”ya hakimlə bağlı məsləhətlərə görə 6,6 milyon avrodan çox pul alıb.

Mənbə: TASS












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru