Hakimin üzünə tüpürən futbolçuya ömürlük cəza

9-03-2023, 10:04           
Hakimin üzünə tüpürən futbolçuya ömürlük cəza
Suriya Futbol Federasiyası milli komandanın sabiq kapitanı Əhməd Əl-Salehi ömürlük futboldan uzaqlaşdırıb.

Diskvalifikasiyaya “Əl-Caiş”in müdafiəçisinin “Əl-Vətba” ilə oyundakı davranışı səbəb olub. Qırmızı vərəqə alan 32 yaşlı futbolçu hakimə hücum çəkib. Əl-Saleh referini təhqir edib və onun üzünə tüpürüb. O, matçdan sonra da aqressiv davranışlarını davam etdirib.

Bundan başqa, sözügedən qarşılaşmada azarkeşlərin hakimi təhqir etməsinə görə hər iki klub cərimə ödəməli olacaq.

Mənbə: indiatimes.com












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru