“Bayern” PSJ-ni ÇL-dən kənarlaşdırdı, “Milan” İngiltərədə mərhələ keçdi – VİDEO

9-03-2023, 10:34           
“Bayern” PSJ-ni ÇL-dən kənarlaşdırdı, “Milan” İngiltərədə mərhələ keçdi – VİDEO
UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin daha iki cavab oyunu keçirilib.

Oxu.Az xəbər verir ki, bununla 1/4 finalın növbəti iştirakçıları bəlli olub.

Gecənin ən maraq doğuran matçı Almaniyada gerçəkləşib. Münhendə “Bayern” PSJ-ni qəbul edib.

Fransada keçirilmiş ilk oyunda minimal hesabla (1:0) qalib gələn almanlar bu dəfə də üstün olublar - 2:0.

Oyunda hesabı 62-ci dəqiqədə Erik Maksim Şupo-Motinq vurub. Görüşdə son nəticəni isə 90-cı dəqiqədə Serje Qnabri müəyyənləşdirib.

Beləliklə, iki oyunun cəmində 3:0 üstün olan “Bayern” 1/4 finalda yarışmaq hüququ qazanıb.

Daha bir matç İngiltərədə keçirilib. Londonda “Tottenhem” “Milan”dan ilk görüşdəki məğlubiyyətin əvəzini çıxmağa çalışıb. Lakin İtaliyadakı qarşılaşmada 1:0 üstün olan “rossoneri” səfərdə sərfəli nəticəni qorumağı bacarıb. Qarşılaşmada hesab açılmayıb və bu, italyanlara növbəti mərhələyə yüksəlmək üçün kifayət edib.

Ötən gecə keçirilən cavab matçlarından sonra Portuqaliyanın “Benfika” və İngiltərənin “Çelsi” klubları 1/4 finala vəsiqə qazanıblar.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.