Mourinyonun yerinə əsas namizəd bəlli oldu

9-03-2023, 10:54           
Mourinyonun yerinə əsas namizəd bəlli oldu
Tomas Tuxel “Roma”nın yeni baş məşqçisi ola bilər.

“The Sun” nəşrinin məlumatına görə, almaniyalı mütəxəssis hazırda bu posta əsas namizəddir. Roma təmsilçisinin rəhbərliyi Tuxeli portuqaliyalını əvəz etmək üçün ideal variant hesab edir.

Alman məşqçinin son iş yeri “Çelsi” olub. İtaliya mətbuatı komandanın Çempionlar Liqasına vəsiqə qazana bilməyəcəyi təqdirdə Mourinyonun “Roma”dan göndəriləcəyini yazıb. “Canavarlar” A Seriyasında 25 oyundan sonra 47 xalla 4-cüdürlər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru