Azərbaycanda klub prezidenti dələduzluqda ittiham olunaraq həbs edildi

10-03-2023, 10:53           
Azərbaycanda klub prezidenti dələduzluqda ittiham olunaraq həbs edildi
“Ağsu Siti” idman klubunun prezidenti Rəmzi Eminli barəsində həbs qətimkan tədbiri seçilib.

APA xəbər verir ki, cinayət işi ilə bağlı bəzi detallar məlum olub.

İttihama görə, klub prezidenti 18 nəfərə müxtəlif formada yalan vəd verərək onları aldadıb.

İş üzrə zərərçəkmiş şəxslərə ümumilikdə 93 min manata yaxın ziyan dəyib. Zərərçəkmişlərin içində İkinci Vətən müharibəsi iştirakçıları da var.

Rəmzi Eminli əvvəl istintaqdan yayındığı üçün barəsində həbsli axtarış qərarı çıxarılıb, bir müddət sonra hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Ona qarşı Cinayət Məcəlləsinin 178.2.2 (Dələduzluq, təkrar törədildikdə) və 178.2.4 (Dələduzluq, xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham irəli sürülüb,

Binəqədi Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.