“Qarabağ” böyük hesabla qalib gəldi

12-03-2023, 00:07           
“Qarabağ” böyük hesabla qalib gəldi
Azərbaycan Premyer Liqasında XXVI turun daha iki oyunu keçirilib.

Gununsesi.info xəbər verir ki, günün ilk görüşü Tovuzda olub.

Ayxan Abbasovun rəhbərlik etdiyi yerli komanda burada “Qəbələ”ni qonaq edib. Görüşdə qalib müəyyənləşməyib – 1:1. Hesabı 19-cu dəqiqədə penaltidən meydan sahiblərinin hücumçusu Runi Eva açıb, ancaq hissə başa açtmamış Felipe Santos tarazlığı bərpa edib.

Bu nəticədən sonra “Qəbələ” 33 xalla 5-ci, “Turan Tovuz” 27 xalla 6-cıdır.

Günün son oyununda lider “Qarabağ” autsayder “Səbail”i qəbul edib. Ağdam klubu zəif rəqibi qarşısında 3 cavabsız qolla qələbə qazanıb. “Atlılar”ın heyətində Elvin Cəfərquliyev, Musa Qurbanlı və Julio Romao fərqlənib.

Qollarının sayını 18-ə çatdıran Qurbanlı komanda yoldaşı Ramil Şeydayevi geridə qoyaraq bombardirlər yarışında vahid lider olub.

“Qarabağ” 68 xalla vahid liderdir. Komanda ən yaxın izləyicisi “Sabah”ı 9 xal qabaqlayır. “Səbail” isə 17 xalla əvvəlkitək sonuncu – 10-cudur.

Azərbaycan Premyer Liqası
XXVI tur
11 mart

“Qarabağ” – “Səbail” – 3:0
Qollar: Elvin Cəfərquliyev, 24, Musa Qurbanlı, 35, Julio Romao, 53

“Turan Tovuz” – “Qəbələ” – 1:1
Qollar: Runi Eva, 19 (pen.) – Felipe Santos, 37












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.