Güləşçimiz Avropa çempionatının finalına yüksəldi

14-03-2023, 12:04           
Güləşçimiz Avropa çempionatının finalına yüksəldi
Azərbaycanın yunan-Roma güləşçisi Xasay Həsənli Rumıniyanın paytaxtı Buxarestdə keçirilən U-23 Avropa çempionatında finala yüksəlib.

“Report”un məlumatına görə, 77 kq çəki dərəcəsində çıxış edən idmançı təsnifatda Şahan Acarı (Türkiyə), 1/4 final mərhələsində Aistis Liaugminası məğlub edib.

Həsənli finala gedən yolda Mukuta Politayevlə (Ukrayna) üz-üzə gəlib.

Rəqibini 5:1 hesabı ilə məğlub edən Həsənli həlledici qarşılaşmada moldovalı Aleksandrin Qutu ilə qarşılaşacaq.

Bu gün mübarizəyə qoşulan Rahim Həsənov (55 kq), Ziya Babaşov (63 kq), Məhəmməd Əhmədiyev (87 kq) və Sərxan Məmmədov (130 kq) ilk görüşlərində uduzublar.

Sərxan Məmmədovun ilk görüşdə məğlub olduğu ukraynalı Mixaylo Vişnivetski finala yüksəldiyi üçün sabah təsəlliverici qarşılaşmada iştirak edəcək. Onun rəqibi rumıniyalı Gean Ali olacaq.

Qeyd edək ki, Avropa çempionatı martın 19-da başa çatacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru