A Seriyası: “Milan” qələbəni əldən verdi - VİDEO

14-03-2023, 12:34           
A Seriyası: “Milan” qələbəni əldən verdi - VİDEO
İtaliya A Seriyasında XXVI tura yekun vurulub.

Oxu.Az xəbər verir ki, bağlanış matçında “Milan” “Salernitana”nı qəbul edib. Görüşdə qalib müəyyənləşməyib - 1:1.

Matçda hesabı 45+1-ci dəqiqədə Olivye Jiru ilə milanlılar açsa da, 61-ci dəqiqədə Bulaye Dia qonaqlara 1 xal qazandıran qolu vurub.

26 turdan sonra 48 xalı olan “Milan” əvvəlki kimi 4-cüdür. “Salernitana” isə 26 xalla 16-cı pillədə qərarlaşıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.