Alman azarkeşlər Neapolu “cəhənnəmə çevirdilər” - VİDEO

16-03-2023, 11:44           
Alman azarkeşlər Neapolu “cəhənnəmə çevirdilər” - VİDEO
Almaniyanın “Ayntraxt” klubu Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyununda İtaliyada “Napoli”nin qonağı olacaq.

Oxu.Az xəbər verir ki, matçda komandalarını dəstəkləmək üçün İtaliyaya gedən alman azarkeşlər matçdan öncə Neapolda iğtişaşlar törədiblər. Frankfurt klubunun təxminən 400 nəfərlik ultras qrupu şəhərin küçələrində qarşılarına çıxan hər şeyi dağıdıb, avtomobilləri aşırıb, yandırıb, polislərlə münaqişəyə giriblər. Bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.

“Napoli” – “Ayntraxt” görüşü Bakı vaxtı ilə gecə 00:00-da start götürəcək. Komandalar arasında ilk matçda italyanlar 2:0 üstün olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru