“Qarabağ” - “Qalatasaray” oyununun hakimləri açıqlandı

19-03-2023, 10:24           
“Qarabağ” - “Qalatasaray” oyununun hakimləri açıqlandı
Martın 26-da Bakı Olimpiya Stadionunda Qarabağ”la Türkiyənin “Qalatasaray” klubları arasında xeyriyyə məqsədilə keçiriləcək yoldaşlıq oyununun hakimləri müəyyənləşib.

AFFA-nın rəsmi saytının yaydığı məlumata görə, saat 20:00-da başlayacaq qarşılaşmanın baş hakimi FIFA referisi Əliyar Ağayev olacaq. Ona Zeynal Zeynalov və Akif Əmrəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını Tural Qurbanov yerinə yetirəcək. Oyunun VAR hakimləri Cavid Cəlilov və Müslüm Əliyev olacaq.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.