İngiltərə İtaliyaya qalib gəldi, Keyn bombardir oldu - VİDEO
24-03-2023, 11:14
AVRO-2024-ün seçmə mərhələsinə start verilib.
Oxu.Az xəbər verir ki, ilk gündə C, H və J qruplarında ümumilikdə 8 matç keçirilib. Gecənin oyununda İtaliya və İngiltərə yığmaları birincilərin meydanında üz-üzə gəliblər. C qrupunda yer alan komandaların qarşılaşması qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb. Oyunda hesabı ingilislər açıblar. 13-cü dəqiqədə Deklan Rays fərqlənib. Harri Keyn 44-cü dəqiqədə penaltini dəqiq yerinə yetirməklə fərqi iki topa yüksəldib. Yığma komandada 54-cü qolunu vuran forvard bununla İngiltərə millisi tarixinin ən məhsuldar oyunçusu adına yiyələnib. İtalyanlar ikinci yarıda Matteo Retegi ilə fərqi azaltsalar da, daha artığına gücləri çatmayıb.