Baş məşqçi Mahir Emreliyə görə tənqid olundu

5-04-2023, 09:46           
Baş məşqçi Mahir Emreliyə görə tənqid olundu
Xorvatiyanın “Dinamo” (Zaqreb) komandasının azarkeşləri baş məşqçi Ante Çaçiçi tənqid ediblər.

Publika.az xəbər verir ki, fanatlar hücum xəttindəki problemlərə görə 70 yaşlı mütəxəssisdən narazıdırlar. Onlar hesab edirlər ki, Mahir Emreli, Komnen Andriç və Sandro Kulenoviç kimi forvardların göndərilməsi yanlış qərar idi:

“Hazırda iki hücumçunuz var. Petkoviç klassik qolçu deyil, Drmiç isə tez-tez zədələnir. Baş məşqçi sonra da deyir ki, heyətimiz genişdir”.

Qeyd edək ki, Mahir Emreli qış fasiləsində “Konyaspor”a icarəyə verilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru