"Qalatasaray" da Türkiyə Kuboku ilə vidalaşıb

6-04-2023, 11:34           
"Qalatasaray" da Türkiyə Kuboku ilə vidalaşıb
Futbol üzrə Türkiyə Kubokunda 1/4 final mərhələsinin daha bir oyunu keçirilib. "Report"un məlumatına görə, "Qalatasaray" NEF stadionunda "Başakşehir"i qəbul edib. Rəqibinə 2:3 hesabı ilə uduzan "Cim-Bom" mübarizəni dayandırıb.

Matçda ilk qolu qonaqlar vurublar. Patrik Şiş 12-ci dəqiqədə hesabı açıb. Meydan sahibləri 20-ci dəqiqədə tarazlığı bərpa ediblər. Kaan Ayhan künc zərbəsi zamanı başla dəqiq oynayıb. 30-cu dəqiqədə Emre Belözoğlunun baş məşqçi olduğu kollektiv Daniel Aleksiçin qolu ilə yenidən önə keçib. 9 dəqiqə sonra 43 yaşlı mütəxəssis qırmızı vərəqə ilə texniki zonadan qovulub. 51-ci dəqiqədə "Cim-Bom"un heyətində Mauro İkardi hesabı bərabərləşdirib. Lakin 66-cı dəqiqədə daha bir dəfə fərqlənən Şiş komandasını yarımfinala daşıyıb.

Qeyd edək ki, "Başakşehir" finala gedən yolda "Ankaragücü" ilə qarşılaşacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru