Eddi İsrafilov komanda ilə məşqlərə başladı

7-04-2023, 09:04           
Eddi İsrafilov komanda ilə məşqlərə başladı
Azərbaycan millisinin düşərgəsində zədə alan “Neftçi”nin futbolçusu Eddi İsrafilov komanda ilə məşqlərə başlayıb.

Klubdan verilən məlumata görə, 31 yaşlı yarımmüdafiəçi “Sumqayıt”a qarşı keçirəcəkləri Premyer Liqanın XXIX tur oyunu öncəsi kollektiv hazırlıqda iştirak edib. Bərpa dövrü keçən Ataa Caber isə fərdi məşqlə kifayətlənib.

“Türk Hava Yolları Futbol Mərkəzi”ndə baş tutan məşqin ilk 15 dəqiqəsi KİV nümayəndələri üçün açıq olub. Hazırlıq prosesində əsasən toplu və taktiki çalışmalar icra edilib.
Qeyd edək ki, aprelin 8-də “Kapital Bank Arena”da keçiriləcək “Sumqayıt” - “Neftçi” oyunu saat 20:00-da başlanacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru