Tayson marixuana satışından ayda 500 min dollar qazanır - FOTO

7-04-2023, 09:57           
Tayson marixuana satışından ayda 500 min dollar qazanır - FOTO
Peşəkar boks üzrə keçmiş dünya çempionu Mayk Tayson Niderlandın paytaxtı Amsterdamda marixuana dükanı açıb.

“AzPolitika.info” xəbər verir ki, 2016-cı ildə Kaliforniyada marixuana yetişdirib satan çempion biznesini genişləndirmək qərarına gəlib. O, əvvəlcə Kanadada, daha sonra Avropada marixuana dükanı açıb.

Niderlandda fəaliyyət göstərən dükanda təkcə bükülmüş siqaretlər deyil, həm də yeməklər, içkilər və müxtəlif aksessuarlar ala bilirlər.

Taysonun ən məşhur məhsullardan biri “Mike Bites” adlı dişlənmiş qulaq formalı marixuana saqqızıdır. Bu saqqız görünüşcə məşhur boksçu Evander Holifildlə Taysonun ən yaddaqalan və qalmaqallı döyüşünü xatırladır.

Xatırladaq ki, Tayson 1997-ci ildə WBA dünya çempionluğu kəməri uğrunda görüşdə rəqibinin sağ qulağından bir parça dişlədiyinə görə yarış dayandırılıb.


Tayson yerli mediaya bildirib ki, satışa çıxardığı məhsulların hamısını sınayıb. Onun biznesi ayda ən azı 500.000 dollar gəlir gətirir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.