“Beşiktaş” - “Atletiko” xeyriyyə matçı keçiriləcək

7-04-2023, 08:59           
“Beşiktaş” - “Atletiko” xeyriyyə matçı keçiriləcək
“Beşiktaş” və “Atletiko” (Madrid) arasında yoldaşlıq oyunu keçiriləcək.

Oyundan əldə olunan gəlir Türkiyədəki zəlzələdən zərərçəkənlərə yardım məqsədilə ianə ediləcək.

Məlumata görə, İspaniya klubunun sahibi və baş icraçı direktoru Migel Anhel Gil Marin “Doğuş” qrupunun sədri və icraçı direktoru Ferit Şahenkə zəng edərək əməkdaşlıq təklif edib. Danışıqlardan sonra iki klub arasında yoldaşlıq görüşünün keçirilməsi və matçdan əldə olunan gəlirin zəlzələdən zərərçəkənlərə bağışlanması qərara alınıb.
Matç Türkiyə Futbol Federasiyası ilə də razılaşdırılıb. “Türkiyə üçün birlikdə” devizi ilə oynanılacaq qarşılaşma aprelin 12-də “Vodafone Park”da baş tutacaq.

Mənbə: Haber Global












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru