PSJ-də növbəti qalmaqal: Mbappe videonu sildirdi

7-04-2023, 11:43           
PSJ-də növbəti qalmaqal:
PSJ-də daha bir böyük qalmaqal yaşanıb.
Publika.az xəbər verir ki, buna səbəb klubun abunəçiləri üçün hazırlanan təqdimat videosu olub. Promo xarakterli paylaşımda komandanın kapitanı Kilian Mbappe yer alıb. Ancaq paylaşımdan qısa müddət sonra o, gözlənilməz reaksiya göstərib.

Mbappe sosial şəbəkə hesablarında paylaşım edərək video ilə bağlı ondan icazə alınmadığını bildirib. Fransalı forvard PSJ-nin imic hüquqlarını pozduğunu qeyd edib. Bundan sonra paylaşım PSJ-nin bütün hesablarından silinib.

"RMC Sport"un məlumatına görə, klub prezidenti Nasser El-Xelaifi vəziyyətdən narazıdır. O, klubda, xüsusən də Mbappe ilə bağlı gərginliyin artmasını istəmir. O, bu video ilə bağlı müəyyən tədbirlər görməyə hazırlaşır. Bunun üçün El-Xelaifi 24 yaşlı hücumçuya şəxsən zəng edərək vəziyyəti müzakirə edib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.