“İnter” və “Milan” xal itirdi, “Napoli” avtoqolla qalib gəldi - YENİLƏNİB + VİDEO

8-04-2023, 10:24           
“İnter” və “Milan” xal itirdi, “Napoli” avtoqolla qalib gəldi - YENİLƏNİB + VİDEO
İtaliya A Seriyasında XXIX turun daha bir oyunu keçirilib.

Oxu.Az xəbər verir ki, son çempion “Milan” “Empoli”ni qəbul edib. Matçda hesab açılmayıb - 0:0.

Xalını 52-yə çatdıran “Milan” 3-cüdür. “Empoli” isə 32 xalla 14-cü pillədə qərarlaşıb.

23:17

İtaliya A Seriyasında XXIX turun daha bir oyunu keçirilib.

Oxu.Az xəbər verir ki, lider “Napoli” “Leççe”nin qonağı olub. Matç neapolluların qələbəsi ilə başa çatıb - 2:1.

Hesabı 18-ci dəqiqədə Covanni di Lorentso açıb. 52-ci dəqiqədə Federiko di Françesko “Leççe”nin bərabərlik qolunu vurub. 64-cü dıqiqədə isə Antonio Qallo qapıları səhv salıb və “Napoli”yə qələbə qazandıran avtoqolun müəllifi olub.
Xallarını 74-ə çatdıran “Napoli” vahid liderdir. Komanda ən yaxın izləyicisi “Latsio”nu 19 xal üstələyir. “Leççe” isə 27 xalla 16-cıdır.


21:55

İtaliya A Seriyasında XXIX tura start verilib.

Oxu.Az xəbər verir ki, “İnter” “Salernitana”nın qonağı olub. Matç qollu heç-heçə ilə başa çatıb – 1:1.

Hesabı 6-cı dəqiqədə “İnter”dən Robin Qosens açıb. Lakin 90-cı dəqiqədə Antonio Kandreva bərabərliyi təmin edib.

51 xalı olan “İnter” 4-cü, 29 xala malik “Salernitana” 15-cidir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru