“Traktor” azarkeşlərindən molla rejiminə etiraz – FOTO/VİDEO

8-04-2023, 12:44           
“Traktor” azarkeşlərindən molla rejiminə etiraz – FOTO/VİDEO
İranın milli futbol çempionatının 25-ci turunda Təbrizin “Traktor” klubu İsfahanın “Sepahan” kollektivilə qarşılaşıb.

Tribunalara toplaşan təbrizli azarkeşlər Azərbaycanı dəstəkləyərək molla rejiminə qarşı etiraz şüarları səsləndiriblər.

Fanatlar hökumətdən Azərbaycan dilində təhsil hüququnun təmin olunmasını tələb ediblər.

Görüntülər sosial şəbəkələrdə yayılıb.
Matçın nəticəsinə gəlincə, oyun Təbriz klubunun minimal üstünlüyü ilə başa çatıb – 1:0.

Hazırda “Traktor” 25 turdan sonra 42 xalla 16 kollektiv arasında 5-ci pillədə qərarlaşıb.
















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.