Beş qol vuruldu, “Real Madrid” məğlub oldu - VİDEO

9-04-2023, 10:31           
Beş qol vuruldu, “Real Madrid” məğlub oldu - VİDEO
İspaniya La Liqasında XXVIII turun oyunları keçirilir.

Oxu.Az xəbər verir ki, son çempion “Real Madrid” öz meydanında “Vilyarreal”la qarşılaşıb. Beş qolun vurulduğu matçda qələbəni qonaqlar qazanıb.

Madrid klubu iki dəfə - Pau Torresin avtoqolu və Vinisius Juniorun qolu ilə önə keçsə də, Samuel Çukvuezenin dublu və Xose Luis Moralesin qolu ilə məğlub olub.

Bu yenilgidən sonra 59 xalda qalan “Real Madrid” ikinci pillədədir və lider “Barselona”dan 12 xal ger qalır. Komanda üçüncü “Atletiko”nu beş xal üstələyir. Həm “Barselona”, həm də “Atletiko” bir oyun az keçirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru