Oruc tutan futbolçu oyundan uzaqlaşdırıldı

11-04-2023, 11:54           
Oruc tutan futbolçu oyundan uzaqlaşdırıldı
"Monpelye"nin müsəlman müdafiəçisi Mamadu Sako susuzluqdan yaranan ayağındakı qıcolma səbəbindən Fransa Liqa 1-in 30-cu turunda "Tuluza" ilə matçın 78-ci dəqiqəsində (1:2) əvəzlənib.
Bakupost.az xarici KİV-ə istinadən xəbər verir ki, seneqaləsilli fransalı müdafiəçi Ramazan ayında oruc tutduğu üçün susuz qalıb. Bu səbəbdən onun hər iki baldırında sancılar yaranıb və oyunçu əvəzlənib.
Qeyd edək ki, Fransa Futbol Federasiyası (FFF) təşkilatın nizamnaməsinə istinad edərək, Ramazan ayında keçirilən matçlarda müsəlman futbolçular üçün fasilə verilməsinə qarşı çıxıb. Bundan əvvəl İngiltərədə ölkə çempionatının oyunlarında belə fasilələrin tətbiqi qərara alınmışdı.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru