“Çelsi” Premyer Liqanın tarixinə düşdü

11-04-2023, 10:24           
“Çelsi” Premyer Liqanın tarixinə düşdü
“Çelsi” Premyer Liqanın yaranmasından bəri vergidən öncə 1 milyard avrodan çox zərərə düşən ilk klub olub.

Ötən maliyyə ili üçün təqdim olunan hesabatlara görə, London klubu 2021/2022 mövsümündə ümumi dövriyyəsinin 547 milyon avrodan çox olmasına baxmayaraq, 138,1 milyon avro itirib.

2020/2021 mövsümündə “zadəganlar” 175 milyon avro itki ilə üzləşiblər. Lakin bu rəqəm qismən koronavirus pandemiyasının yaratdığı böhranla izah olunub.

Cari mövsümə gəlincə, itkilər bu dəfə də əhəmiyyətli ola bilər. Belə ki, “Çelsi” artıq transferlərə 600 milyon avrodan çox xərcləyib və öz oyunçularının satışından isə cəmi 60 milyon avro qazanıb.
Bildirilir ki, maliyyə pozuntularına görə sanksiyalardan qaçmaq üçün klub bu yay oyunçularını kütləvi şəkildə satmalı olacaq. Belə ki, İngiltərə çempionatının reqlamentinə görə, klubun illik itkisi ardıcıl üç il ərzində 120 milyon avronu keçə bilməz.

Mənbə: sport24.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru