"Oynamaq istəmirsən!" - Ronaldo rəqib futbolçuya əsəbiləşdi

11-04-2023, 11:48           
"Oynamaq istəmirsən!" - Ronaldo rəqib futbolçuya əsəbiləşdi
"Əl-Nəsr"in hücumçusu Kriştiano Ronaldo Səudiyyə Ərəbistanı çempionatının 23-cü turunda "Əl Feyhi" ilə matçdan (0:0) sonra rəqib komandanın futbolçusu ilə mübahisə edib.

Qol.az "Daily Mail"ə istinadən xəbər verir ki, əsəbiləşən portuqaliyalı oyunçu “Əl Feyhi”nin hücumçusuna “oynamaq istəmirsən!” deyərək rəqib komandanın matçdakı taktikasına narazılığını ifadə edib. Bundan sonra Ronaldo sürətlə tribunaların altındakı otağa keçib.

“Əl-Nəsr” hazırda 23 oyundan sonra 53 xalla Səudiyyə Ərəbistanı çempionatının cədvəlində “Əl-İttihad”dan 3 xal geri qalaraq 2-ci yerdə qərarlaşıb.

Ronaldo 2022-ci ilin dekabrında "Əl Nəsr”ə keçib. O, indiyə kimi klubu ilə 10 oyuna çıxıb, 11 qol vurub və 2 qolun ötürməsini verib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru