Musa Qurbanlı İtaliya A Seriyasında oynaya bilər

12-04-2023, 12:34           
Musa Qurbanlı İtaliya A Seriyasında oynaya bilər
“Qarabağ”ın futbolçusu Musa Qurbanlı karyerasını İtaliya A Seriyasında davam etdirə bilər.

“Report” xəbər verir ki, 21 yaşlı hücumçu “Torino” klubunun maraq dairəsinə düşüb.

İddiaya görə, gənc forvardı Türkiyə təmsilçiləri də yaxından izləyir. Lakin onun Turin klubuna keçidinin daha inandırıcı olduğu yazılıb. Bildirilib ki, “Torino” Azərbaycan millisinin baş məşqçisi Canni De Byazinin sayəsində Qurbanlının transferində üstünlük qazana bilər.
Həmçinin klubun istedadlı oyunçunu heyətinə cəlb etmək üçün “Qarabağ”ı qane edəcək təklif göndərməli olduğu vurğulanıb.

Qeyd edək ki, Musa Qurbanlının Ağdam təmsilçisi ilə 2026-cı ilin yayınadək müqaviləsi var.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru