Məşhur futbolçu komanda yoldaşının itinin hücumuna məruz qaldı - VİDEO

12-04-2023, 11:38           
Məşhur futbolçu komanda yoldaşının itinin hücumuna məruz qaldı - VİDEO
İngiltərənin “Vest Hem” klubunun futbolçusu Maksvel Korne çətin anlar yaşayıb.

Fil Dişi Sahilindən olan vinger itin hücumuna məruz qalıb.

Hadisə London klubunun bazasının qarşısında baş verib. Komanda yoldaşlarından birinin iti onun üzərinə yeriyib. Futbolçu sürətlə oradan uzaqlaşmağa çalışıb. Daha sonra it ondan əl çəkib. Komanda yoldaşları isə baş verənləri gülərək seyr ediblər.
Sözügedən hadisənin görüntülərini “Vest Hem”in müdafiəçisi Tilo Kehrer özünün “Instagram” hesabında paylaşıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.