Ağır atletika üzrə Azərbaycan millisi İrəvanda keçiriləcək Avropa çempionatında iştirak edəcək

12-04-2023, 12:38           
Ağır atletika üzrə Azərbaycan millisi İrəvanda keçiriləcək Avropa çempionatında iştirak edəcək
Ağır atletika üzrə Azərbaycan millisinin Ermənistanın paytaxtı İrəvanda keçiriləcək Avropa çempionatında iştirakı təsdiqlənib.

“Report”un əldə etdiyi məlumata görə, yığma qitə birinciliyində 4 idmançı ilə təmsil olunacaq.

Kişilərin mübarizəsində İsa Rüstəmov (67 kq), Ömər Cavadov (73 kq) və Əli Şükürlü (102 kq), qadınların yarışında isə Nazilə İsmayılova (49 kq) çıxış edəcək. İlkin siyahıda yer alan Dadaş Dadaşbəyli (109 kq) heyətdən çıxarılıb.

Qeyd edək ki, Avropa çempionatı aprelin 15-dən 23-dək keçiriləcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru