Azərbaycan futbolu ilə bağlı fövqəladə qərar verilir: Gələn mövsümdən…

13-04-2023, 11:08           
Azərbaycan futbolu ilə bağlı fövqəladə qərar verilir:
AFFA Azərbaycan futbolu ilə bağlı fövqəladə qərar qəbul etməyə hazırlaşır.

Teref.az offsideplus.az-a istinadən xəbər verir ki, ölkənin ali futbol qurumunun gələn ay növbəti mövsüm elitada 12 komandanın çıxış etməsi ilə bağlı qərar verəcəyi gözlənilir. Bu isə o deməkdir ki, cari mövsümdə sonuncu yeri tutan komanda Premyer Liqanı tərk etməyəcək. Əksinə, yeni sezonda ölkə çempionatında 12 komanda çıxış edəcək.

Elitaya yüksəlmək üçün ən böyük şans isə “Araz Naxçıvan”dadır. Naxçıvan təmsilçisi artıq Birinci Divizionda sona 5 tur qalmış 54 xalla çempionluğu təmin edib.

Digər klubun isə “Zaqatala” olacağı ehtimal edilir. Bu günlərdə PFL rəsmiləri sözügedən bölgəyə də yollanıblar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru