Avropa Liqası: "Yuventus"dan çətin qələbə, "Sevilya" məğlubiyyətdən qaçıb

14-04-2023, 11:53           
Avropa Liqası: "Yuventus"dan çətin qələbə, "Sevilya" məğlubiyyətdən qaçıb
UEFA Avropa Liqasında 1/4 final mərhələsinin ilk oyunlarına yekun vurulub.

Bu raundda daha 3 qarşılaşma keçirilib.

İspaniya "Sevilya"sı İngiltərədə "Mançester Yunayted"lə əzmkar heç-heçə edib. "Qırmızı şeytanlar" ilk hissədən sonra hesabda öndə olsalar da, ikinci yarıda qələbəni əldən veriblər. "Yuventus" İtaliyada Portuqaliya "Sportinq"i üzərində çətin qələbə qazanıb. Belçika "Union"u isə Almaniyada "Bayer"lə heç-heçəyə razılaşıb.

UEFA Avropa Liqası
1/4 final, ilk oyunlar
13 aprel

23:00. "Mançester Yunayted" (İngiltərə) - "Sevilya" (İspaniya) - 2:2
Qollar: Marsel Zabitser, 14; 21 - Xesus Navas, 85. Harri Maquayr, 90+3 (avtoqol)

23:00. "Yuventus" (İtaliya) - "Sportinq" (Portuqaliya) - 1:0
Qol: Federiko Qatti, 73

23:00. "Bayer" (Almaniya) - "Union" (Belçika) - 1:1
Qollar: Florian Virts, 83 - Viktor Bonifase, 51

Qeyd edək ki, cavab matçları aprelin 20-də keçiriləcək.

22:57

UEFA Avropa Liqasında 1/4 final oyunlarına start verilib.

"Report"un məlumatına görə, bu mərhələnin açılış matçında İtaliya "Roma"sı Niderlandda "Feyenoord"un qonağı olub.

Görüş meydan sahiblərinin minimal hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu 53-cü dəqiqədə Mats Viffer vurub. 43-cü dəqiqədə isə "canavarlar"dan Lorentso Pelleqrini penaltidən yararlana bilməyib.

Komandalar arasında cavab oyunu aprelin 20-də keçiriləcək.

UEFA Avropa Liqası
1/4 final
13 aprel

20:45. "Feyenoord" (Niderland) - "Roma" (İtaliya) - 1:0
Qol: Mats Mats Viffer, 53
İstifadə edilməyən penalti: Lorentso Pelleqrini, 43

Qeyd edək ki, 1/4 finalın digər 3 matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru