Konfrans Liqası: "Fiorentina"dan darmadağın, "Bazel" evdə heç-heçə edib

14-04-2023, 08:05           
Konfrans Liqası:
UEFA Konfrans Liqasında 1/4 final mərhələsinin ilk oyunlarına start verilib.

Açılış matçında turnirin pley-offunda "Qarabağ"ı mübarizədən kənarlaşdıran Belçika "Gent"i İngiltərənin "Vest Hem" klubunu sınağa çəkib. Görüşdə qalib müəyyənləşməyib.

İtaliya "Fiorentina"sı Polşada "Lex"i, "Anderlext" Belçikada Niderlandın "AZ Alkmaar" komandasını məğlub edib. İsveçrə "Bazel"i isə evdə Fransanın "Nitsa" kollektivi ilə sülh bağlayıb.

UEFA Konfrans Liqası
1/4 final
13 aprel

20:45. "Gent" (Belçika) - "Vest Hem" (İngiltərə) - 1:1
Qollar: Uqo Küypers, 57 - Denni İnqz, 45+3

23:00. "Lex" (Polşa) - "Fiorentina" (İtaliya) - 1:4
Qollar: Kristoffer Velde, 20 - Artur Kabral, 4. Nikolas Qonsales, 41. Cakomo Bonaventura, 58. Conatan İkone, 64

23:00. "Anderlext" (Belçika) - "AZ Alkmaar" (Niderland) - 2:0
Qollar: Mikael Murilyo, 22. Macid Aşimeru, 70

23:00. "Bazel" (İsveçrə) - "Nitsa" (Fransa) - 2:2
Qollar: Zeki Amduni, 26 (penalti); 71 - Terem Moffi, 38; 45+1

Qeyd edək ki, bu raundun cavab görüşləri aprelin 20-də keçiriləcək.

Cebhe.info












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru