Zinəddin Zidan Ronaldunun yeni baş məşqçisi ola bilər

14-04-2023, 09:24           
Zinəddin Zidan Ronaldunun yeni baş məşqçisi ola bilər
Zinəddin Zidan Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun yeni baş məşqçisi ola bilər.

Xarici KİV xəbər verir ki, Rudi Qarsiya ilə vidalaşan Ər-Riyad təmsilçisinin rəhbərliyi komandanı fransalı mütəxəssisə tapşırmaq istəyir.

İddiaya görə, danışıqlar prosesində "Əl-Nəsr"in aparıcı futbolçusu Kriştianu Ronaldu da iştirak edir. Portuqaliyalı hücumçu 52 yaşlı çalışdırıcını təklifi qəbul etməyə razı salmaq üçün çalışır.

Zidanla yanaşı, hazırda İtaliya "Roma"sına başçılıq edən Joze Mourinyonun da "Əl-Nəsr"in sükanı arxasına keçə biləcəyi istisna olunmur.

Cebhe.info












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru