Avropa Liqasında həftənin ən yaxşı oyunçusu adına namizədlər açıqlanıb

14-04-2023, 12:28           
Avropa Liqasında həftənin ən yaxşı oyunçusu adına namizədlər açıqlanıb
UEFA Avropa Liqasında həftənin ən yaxşı futbolçusu adına namizədlər bəlli olub.

"Report"un məlumatına görə, bu ada Belçikanın "Yunion" klubundan Viktor Bonifase, İngiltərə "Mançester Yunayted"indən Marsel Zabitser, Niderland "Feyenord"undan Orkun Kökçü və İtaliyanın "Yuventus" komandasından Federiko Qatti iddia edir.

Konfrans Liqasında isə Fransanın "Nitsa" klubundan Terem Moffi, İsveçrə "Bazel"indən Zeki Amduni, Belçika "Gent"indən Alessio Kastro-Montes və İtaliya "Fiorentina"sından Nikola Milenkoviç namizəddir.

Qeyd edək ki, qalib UEFA-nın rəsmi saytında səsvermə yolu ilə bəlli olacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru