"Real" ulduz futbolçusu ilə bağlı qərar verdi – Daha 1 il Madriddə

15-04-2023, 12:05           
"Real" ulduz futbolçusu ilə bağlı qərar verdi –
İspaniyanın “Real Madrid” klubu aparıcı futbolçusu Luka Modriçlə müqaviləni yeniləyib.

Teleqraf.com yerli mətbuata istinadən xəbər verir ki, 38 yaşlı yarımmüdafiəçi daha bir il “kral klubu”nun formasını geyinəcək.

Xorvatiya millisinin kapitanı madridlilərlə sözləşməsinin müddətini 2024-cü ilin yayına qədər uzadıb. ABŞ, Qətər və Səudiyyə Ərəbistanı klublarının təkliflərini rədd edən Modriç karyerasını hazırkı komandasında bitirmək arzusundadır.

Qeyd edək ki, Luka Modriç 2012-ci ildən “Real Madrid”in formasını geyinir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru