Azərbaycan çempionatları tarixinin ən uzun məğlubiyyətsiz seriyaları – SİYAHI

18-04-2023, 10:34           
Azərbaycan çempionatları tarixinin ən uzun məğlubiyyətsiz seriyaları – SİYAHI
Futbol üzrə Azərbaycan çempionatları tarixində ən uzun məğlubiyyətsiz seriyalar açıqlanıb.
Tribunainfo.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, ötən gün “Qarabağ”ın 49 matçlıq seriyası qırılıb.

XXX turda “Sabah”a 1:2 hesabı ilə uduzan “köhlən atlar” 1997/1998 mövsümündə yenilmədən çempionluq sevinci yaşayan “Kəpəz”in rekordunu təkrarlaya bilməyib.
Mövsümdə ilk dəfə məğlub olan Ağdam təmsilçisi Premyer Liqada 49 oyundan sonra xalsız qalıb.
Bu 49 matçlıq seriya Azərbaycan çempionatları tarixinin mütləq rekordudur. Yarışda 6 dəfə bir komanda 25-dən artıq görüşdə 3 xal əldə edib.
Ən uzun məğlubiyyətsiz seriyalar:
1. “Qarabağ” – 49 (2021-23)
2. “Qarabağ” – 31 (2018-19)
3. “Kəpəz” – 28 (1997-98)
4. “Turan” – 27 (1992-93)
5-6. “Şəmklr” – 26 (2000-01)
“Neftçi” – 26 (2003-04)
Bu qarşılaşmada həm də “Sabah”ın “Qarabağ”la matçlarda ilk qələbəsi qeydə alınıb. Əvvəlki 18 oyunda 6 heç-heçə və 12 məğlubiyyəti olan bakılılar uğursuz seriyanı 19-cu dueldə qırıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru