Salahdan rekord, “Liverpul” “Lids”i darmadağın etdi - VİDEO

18-04-2023, 12:34           
Salahdan rekord, “Liverpul” “Lids”i darmadağın etdi - VİDEO
İngiltərə Premyer Liqasında XXXI tura yekun vurulub.

Oxu.Az xəbər verir ki, bağlanış matçında “Liverpul” “Lids”in qonağı olub. Mersisayd klubu səfər matçında darmadağınla qələbə qazanıb - 6:1. Kodi Qakponun hesabı açdığı qarşılaşmada “qırmızılar”ın heyətində Məhəmməd Salah və Dioqu Jota dubl ediblər. Oyunda son nöqtədi Darvin Nunyes qoyub. Luis Sinisterra isə “Lids”in yeganə qoluna imza atıb.

Salah dublla Premyer Liqa tarixində sol ayaqla ən çox fərqlənən oyunçu olub. 106 dəfə sol ayaqla qol vuran misirli oyunçu Robbi Fauleri (105) geridə qoyub.

“Liverpul” hazırda 47 xalla 8-cidir. “Lids” 29 xalla 16-cı pillədə qərarlaşıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru