Çempionlar Liqası: “Real” və “Milan” yarımfinalda - VİDEO

19-04-2023, 10:24           
Çempionlar Liqası: “Real” və “Milan” yarımfinalda - VİDEO
UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin ilk iki iştirakçısı müəyyənləşib.

Oxu.Az xəbər verir ki, 1/4 finalın iki matçından sonra finala iddiaçıların ikisi bəlli olub.

Turnirin son qalibi “Real” (Madrid) İngiltərədə “Çelsi”nin qonağı olub. İspaniya təmsilçisi öz meydanında olduğu kimi səfərdə də iki cavabsız qolla qələbə qazanıb. Madridlilərin hər iki qolunu Rodriqo vurub. Ümumi hesabda 4:0 üstün olan "Real" mərhələ adlayıb.


Digər yarımfinalçı İtaliyada müəyyənləşib. “Buzovlar ölkəsi”nin iki təmsilçisi - “Napoli” və “Milan” birincilərin meydanında münasibətlərinə aydınlıq gətiriblər. Matçda qalib müəyyənləşməyib - 1:1. İlk görüşdə “rossioneri” minimal hesablı (1:0) qələbə qazandığından yarımfinala çıxıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru