Bilyard üzrə dünya çempionatında qalmaqal - FOTO/VİDEO

19-04-2023, 12:24           
Bilyard üzrə dünya çempionatında qalmaqal - FOTO/VİDEO
İngiltərənin Şeffild şəhərində keçirilən snuker (bilyard növü) üzrə dünya çempionatı üçüncü oyun günündə ətraf mühitin mühafizəsi fəallarına görə dayandırılıb.

İnsident Robert Milkins və Co Perri arasında ilk tur matçı zamanı baş verib.

Üzərində “Just Stop Oil” yazılmış köynək geyinmiş bir fəal oyun masasının üzərinə çıxıb və portağal tozu səpib.

Daha bir fəal isə yaxınlıqda Mark Allen və Fan Çjenginin oynadığı masanın üzərinə çıxmağa cəhd edib, ancaq əməkdaşlar tərəfindən qarşısı alınıb.

Hadisə nəticəsində fəallar saxlanılıblar.
“World Snooker”dən bildirilib ki, yaxın gələcəkdə birinci masada heç bir oyun oynanılmayacaq, çünki örtük zədələnib.

















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru