Çempionlar Liqası: Bu gün son yarımfinalçılar məlum olacaq - AFİŞA 19-04-2023, 09:52 Bu gün UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinə yekun vurulacaq.Oxu.Az xəbər verir ki, baş tutacaq iki matçla son yarımfinalçılar müəyyənləşəcək.Münhendə “Bavariya” “Mançester Siti”ni qəbul edəcək. İlk görüşdə ingilislər üç cavabsız qolla qalib gəliblər.Digər matç Milanda baş tutacaq. “İnter” Portuqaliyada 0:2 hesablı qələbə qazandığı “Benfika”nı sınağa çəkəcək.UEFA Çempionlar Liqası1/4 final, cavab oyunları19 aprel23:00. “Bavariya” (Almaniya) - “Mançester Siti” (İngiltərə)Baş hakim: Klemen Turpin (Fransa)Münhen, “Allianz Arena”İlk oyun - 0:323:00. “İnter” (İtaliya) - “Benfika” (Portuqaliya)Baş hakim: Karlos Del Serro (İspaniya)Milan, “Cüzeppe Meatsa”İlk oyun – 0:2Xatırladaq ki, daha əvvəl “Real” (Madrid) və “Milan” yarımfinala vəsiqə qazanıblar. Facebook-da paylaş