İspaniya La Liqası yarımçıq dayandırıla bilər – ŞOK!

20-04-2023, 09:34           
İspaniya La Liqası yarımçıq dayandırıla bilər – ŞOK!
İspaniya La Liqası və Sequnda matçlarını idarə edən hakimlər çempionatları boykot edə bilərlər.

Teref.az offsideplus.az-a istinadla xəbər verir ki, hakimlər bu gün keçiriləcək iclasda qarşıdakı oyunlara çıxmamağı müzakirə edəcəklər. Buna səbəb referilərin son zamanlar çox tənqid olunmaları və təzyiqlərə məruz qalmalarıdır. Üstəlik bir neçə gün əvvəl aşağı liqa oyunlarına təyinat alan hakim Antonio Pozo hücuma məruz qalıb.

Referilər buna etiraz edərək La Liqa daxil olmaqla ölkədə bütün futbol çempionatlarını boykot etməyi düşünürlər. Əgər bu baş versə, çempionatlar yarımçıq dayandırıla bilər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru